“Qarabağ” səfərdə “Neftçi”ni məğlub edib

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən “Neftçi” və “Qarabağ” oyunu başa çatıb.

Trend xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” klubu “Qarabağ”ı qəbul edib. “Bakcell Arena”dakı görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 35-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Neftçi” isə 22 xalla 4-cü sırada qalıb.


Qeyd edək ki, günün ilk oyununda “Zirə” səfərdə “Keşlə”yə 1:0 hesabı ilə qalib gəlib. Tura fevralın 8-də keçiriləcək “Sabah”- “Qəbələ” və “Səbail”-“Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

Teqlər: