Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə 3 avtomobil verilib

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş
İdarəsinə 3 xidməti avtomobil verilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq
qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra
hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar,
dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq mühafizə
və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna
olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri,
onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin,
dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün
xidməti minik avtomobillərinin say həddi (limiti) artırılıb.

Teqlər: