Qarabağ qazisi Nurcahan Hüseynova vəfat etdi – Foto

Qarabağ qazisi Nurcahan Hüseynova vəfat etdi – Foto

Birinci Qarabağ müharibəsi iştirakçısı, şəhid anası Nurcahan Hüseynova vəfat edib.

AzerTimes xəbər verir ki, bununla bağlı “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu məlumat yayıb.

Qeyd edək ki, Nurcahan Hüseynova müharibə zamanı oğlu Elxan Hüseynovla birlikdə düşmənə qarşı döyüşüb. Oğlu 1992-ci ildə şəhid olub. Nurcahan Hüseynova uzun müddət xəstəlikdən əziyyət çəkib və Türkiyədə keçirdiyi qaraciyər əməliyyatından sonra vəfat edib.

Allah rəhmət etsin!

Teqlər: