“Qarabağ” öz rekordunu yenilədi

“Qarabağ” öz rekordunu yenilədi

“Qarabağ” komandası səkkizinci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

AzerTimes xəbər verir ki, Ağdam təmsilçisi cari mövsüm bu uğura turnirin pley-off mərhələsində Sloveniyanın “Olimpiya”sını iki oyunun nəticəsinə (səfərdə 2:0, evdə 2:1 hesablı qələbə) görə məğlub etməklə nail olub.

“Köhlən atlar” bu nəticə ilə Azərbaycan futbolu tarixində özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021 və 2022/2023-cü illər mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

Teqlər: