Qarabağ məsələsi Türkiyə ilə də müzakirə olunmalıdır – Medvedev

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyə Rusiya üçün vacib tərəfdaşdır, Azərbaycanla çox yaxındır və bu amilləri nəzərə almamaq olmaz.

AzerTimes-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Türkiyənin Qarabağ münaqişəsinin həllindəki rolunu şərh edərkən deyib.

O bildirib ki, iki ölkə prezidentləri arasında məhsuldar dialoq mövcuddur:

“Daha əvvəl vəziyyətə ümumi nəzarət məqsədilə birgə mərkəzin yaradılması barədə qərar verilib. Amma mən bütün bunları hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim. Sadəcə biz regionumuzda mövcud olan reallıqları nəzərə almalıyıq. Reallıqlar isə ondan ibarətdir ki, bu gün bu məsələ türkiyəli tərəfdaşlarımızla müzakirə olunmalıdır”.

Teqlər: