“Qarabağ”-“Marsel” oyununa nə qədər bilet satılıb? – AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

“Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək
UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün
indiyədək satılmış biletlərin sayı açıqlanıb.

“Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə AzerTimes-a
bildirib ki, artıq 12500 min bilet satılıb.

O bildirib ki, “Marsel” klubu il qarşılaşacaq “Qarabağ”ın
matçına maraq böyükdür: “Oyuna kifayət qədər bilet qalıb. Ucuz
biletlər də mövcuddur. Azarkeşlər onlayn şəkildə və ya kassalara
yaxınlaşaraq bilet əldə edə bilərlər. Oyuna bilet qiymətləri 5
manatdan 100 manata qədərdir”, – G.Abbaszadə deyib.


Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika
stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.
Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.

Twitter:@FaridZohrabov

Teqlər: