“Qarabağ” klubu mükafatlandırıldı – Foto

“Qarabağ” klubu mükafatlandırıldı – Foto

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünə yekun vurulub.

AzerTimes xəbər verir ki, “Azersun Arena”da baş tutan sonuncu – XXXVI turun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra mövsümün qalibinin mükafatlandırma mərasimi keçirilib.

11-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər veriblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran “Qarabağ” Çempionlar Liqasına, “Zirə” ikinci sırada qərarlaşaraq Avropa Liqasına vəsiqə qazanıb. “Sabah” üçüncü, “Sumqayıt” isə dördüncü yeri tutaraq Konfrans Liqasında mübarizə aparacaqlar.

Teqlər: