Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura və mövsümün ilk yarısına yekun vurulub.
AzerTimes-ın məlumatına görə, ilin sonuncu oyununda “Zirə” “Qarabağ”ı qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0. Qonaqların qolunu 30-cu dəqiqədə Olavio Juninyo vurub.
Bu nəticədən sonra xallarının sayını 41-ə çatdıran “köhlən atlar” liderliyini möhkəmləndirib. “Qartallar” 29 xalla ikinci sıradadır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Sabah”ı, “Sumqayıt” “Səbail”i 1:0 hesabı ilə üstələyib. “Turan Tovuz” “Araz-Naxçıvan”ı (3:1), “Neftçi” isə “Kəpəz”i (2:0) məğlub edib.