Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.
AzerTimes xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan “Ferentsvaroş”u ilə üz-üzə gəlib.
“Leerberg Arena” keçirilən matç 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Qarabağ”ın 19 yaşlı hücumçusu Nəriman Axundzadə oyunda dubl edib.