Müharibə zamanı fərarilərin sayı… – Paşinyan

Müharibə zamanı fərarilərin sayı… – Paşinyan

2020-ci ildə baş vermiş 44 günlük müharibə səbəbindən Ermənistanda elan edilmiş hərbi vəziyyət dövründə hərbi xidmət qaydalarının pozulması, o cümlədən digər hərbi cinayətlər üzrə başlanmış çoxsaylı cinayət işləri ümumilikdə 12600 nəfərə aid edilib.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran parlament komissiyanın iclası zamanı deyib.

“Cinayət işləri vətəndaşların və hərbi qulluqçuların səfərbərlik çağırışından yayınması, əmrin yerinə yetirilməməsi, fərarilik, hərbi hissəni özbaşına tərk etmə, özünü şikəst etməklə hərbi xidmətə xitam vermə, hərbi xidmət vəzifələrini yerinə yetirməkdən boyun qaçırma və digər hallarla əlaqədar açılıb”, – baş nazir əlavə edib.

Teqlər: