“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu transfer etdi

“Qarabağ” “Fənərbağça”nın sabiq futbolçusunu transfer etdi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Fransanın “Dijon” komandasından Yassin Benzianı transfer edib.

“Köhlən atlar” 29 yaşlı yarımmüdafiəçinin keçidini sosial şəbəkə hesabında paylaşdığı video ilə açıqlayıb.

Mərakeş millisinin sabiq üzvü ilə imzalanmış müqavilənin müddəti hələlik bəlli deyil.

Qeyd edək ki, Fransa vətəndaşlığı da olan Yassin Benzia karyerası ərzində “Lion”, “Lill”, Türkiyənin “Fənərbağça”, Yunanıstanın “Olimpiakos” komandalarında da çıxış edib.

Teqlər: