Qarabağ ərazisi döyüş meydanından böyük yenidənqurma məkanına çevrilib – Bisera Turkoviç

Xəbər - Elçin Mehdiyev – Trend:

Çox sevindirici haldır ki, Qarabağ ərazi döyüş meydanından böyük tikinti və yenidənqurma məkanına çevrilib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycana səfərə gələn Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ölkəsinin parlamenti bununla bağlı qətnamə qəbul edib: “Azərbaycan da Bosniya və Herseqovinanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”, – deyə nazir bildirib.

Teqlər: