Qarabağ Dirçəliş Fonduna yeni təyinat olunub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinə yeni rəhbər təyin olunub.

Bu barədə AzerTimes-a Qarabağ Dirçəliş Fondu-da PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirib.

Aybəniz İsmayılova Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin rəhbəri təyin olunub.

A.İsmayılova 8 oktyabr 1976-cı ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində anadan olub.


1993-2000 illərdə Xəzər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsində bakalavr təhsili alıb, daha sonra isə “Beynəlxalq hüquq” ixtisası üzrə Magistr dərəcəsinə yiyələnib. 2004-2006 ci illərdə Böyük Britaniya Krallığının “Chevening” təqaüdü ilə Mançester Universitetində “Beynəlxalq inkişaf” ixtisası üzrə Magistr dərəcəsi qazanıb. Hazırda ali idarəetmə dərəcəsi üzrə təhsilini Fransanın İNSEAD universitetində davam etdirir.

20 ilə yaxın BMT, USAİD və digər nüfuzlu beynəlxalq təşkilatlarda aparıcı vəzifələrdə çalışıb. Beynəlxalq təşkilat və donor siyasəti üzrə mütəxəssis olaraq, institusional inkişaf, təşkilat daxili davranış və əhalinin həssas qruplarının inkişafı üçün irimiqyaslı layihələrə maliyyə vəsaiti cəlb edərək, həmin layihələrin bir qisminin idarə edilməsinə, bir qisminin isə icrasına nazərət edib.

2019-2021 ci illərdə Qarabağ İcmasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri olaraq, qaçqın və məcburi köçkünlərin vəziyyəti və qayıtmaq hüququ ilə bağlı bir çox beynəlxalq konfraslarda və mediada çıxış edib. Qarabağ mədəni irsinin təbliği ilə bağlı çoxsaylı məqalələrin, eyni zamanda “Qarabağnamə” media proqramının müəllifi və aparıcısıdır.

Teqlər: