Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Qarabağ Dirçəliş Fondu yeni loqotipi üzrə təklifləri qəbul edir.

Bu barədə AzerTimes-a Qarabağ Dirçəliş Fondu-da PR və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan, əsas vəzifəsi işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, inkişaf etmiş, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstəyinin göstərilməsi olan Qarabağ Dirçəliş Fondu, bu mühüm işlərə qoşulmaq istəyən bütün vətəndaşlarımız üçün əlçatan, vahid platformadır.

Öz fəaliyyətini şəffaflıq, hesabatlılıq və cəmiyyət ilə sıx əməkdaşlıq prinsipləri əsasında quran Fond hər kəsi özünün yeni yaranacaq loqotipinin dizaynının hazırlanmasında iştirak etməyə dəvət edir.

Onun arxasında olan ideyanı aşağıdakı “açar sözləri” ilə təsvir etmək olar:
• Ruhlandırıcı;
• Qarabağın rəmzi dəyərlərini əks edən;
• İnkişaf, dirçəliş, müasirlik və rifahı ehtiva edən.

Loqotip sadə olmalıdır. Dizaynının hazırlanmasında isə Qarabağ Dirçəliş Fondunun məqsəd və vəzifələrini, yuxarıda qeyd olunan konseptini özündə əks etdirməsi şərtilə heç bir məhdudiyyət qoyulmur.


Daha öncə hər hansı bir yerdə istifadə olunmuş loqotipin təqdim edilməsi yolverilməzdir.
Loqotipin qısa, izahedici mətnlə birlikdə göndərilməsi arzuolunandır.

Hazırlanan işlər ad, soyad, əlaqə nömrəsi də əlavə edilməklə [email protected] elektron ünvanına göndərilməlidir.

Ən yaxşı layihələr rəsmi loqotipin seçilməsi zamanı Fondun rəhbərliyi tərəfindən nəzərə alınacaq. Seçilən loqotipin müəllifi isə Fond tərəfindən mükafatlandırılacaq. Rəsmi loqotipin seçilməsi haqqında son qərarı daxili prosedurlara uyğun olaraq Fondun rəhbərliyi verəcək.

Qeyd olunub ki, Qarabağ Dirçəliş Fondunun hazırda istifadə etdiyi loqotip müvəqqətidir.

Teqlər: