Qarabağ Dirçəliş Fondu açıq tender elan etdi

Qarabağ Dirçəliş Fondu açıq tender elan etdi

Qarabağ Dirçəliş Fondu İSO 9001-2015 beynəlxalq keyfiyyət idarəetmə sistemi standartının tələblərinə uyğun audit və sertifikatlaşdırma üçün açıq tender elan edib.

AzerTimes xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 21-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 4-ü, saat 17:00-a qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı küçəsi, 609 ünvanında yerləşən ofisinə təqdim edə bilərlər.

Təkliflərə iyulun 5-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Teqlər: