“Qarabağ” braziliyalı futbolçunu transfer etdi

“Qarabağ” braziliyalı futbolçunu transfer etdi

“Qarabağ” klubu yeni futbolçu transferini həyata keçirib.

AzerTimes-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı Julio Romanla müqavilə bağlanılıb.

24 yaşlı yarımmüdafiəçi peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyanın “Santa Klara” klubunda çıxış edib. O, 20 oyunda forma geyinib. Daha əvvəl isə Roman Braziliyanın Paranaense” və “Ponte Preta” komandalarının formasını geyinib.

Teqlər: