“Qarabağ” Avropa Liqasında nə qədər qazanacaq?

“Qarabağ” Avropa Liqasında nə qədər qazanacaq?

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması kluba ilkin mərhələdə 3,63 milyon avro qazandırıb.

AzerTimes Sports.ru-ya istinadən xəbər verir ki, bu il turnirin ümumi mükafat fondu 465 milyon avro olacaq.

Ağdam təmsilçisi Avroliqadakı qrup oyunlarında hər qələbəyə görə 630 min avro, heç-heçəyə görə isə 210 min avro qazanacaq.

Təmsilçimiz qrup birincisi olarsa, əlavə 1,1 milyon avro, ikinci olarsa isə 500 min avro gəlir əldə edəcək.

Pley-off ödənişləri:

1/16 finala vəsiqə: 500 min avro

1/8 finala vəsiqə: 1,1 milyon avro

1/4 final: 1,5 milyon avro

1/2 finala vəsiqə: 2,4 milyon avro

Finala vəsiqə: 4,5 milyon avro

UEFA Avropa Liqasının qalibi: 4 milyon avro.

Teqlər: