Qara Qarayev prospektində sıxlıq yaranıb – BNA (FOTO)

Xəbər - Samir Əli – Trend:

Bakı Nəqliyyat Agentliyi paytaxtda yaranan tıxacla bağlı məlumat yayıb.

Agentlikdən AzerTimes-a verilən məlumatda bildirilir ki, hazırda Qara Qarayev prospekti “Koroğlu” m/st-sı istiqamətində, 20 Yanvar dairəsi Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində, Babək prospekti mərkəz istiqamətində, Sabunçu-şəhər yolu mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var.

Teqlər: