“Qara beretlilər” sərhədimizdə “Üzük” əməliyyatı keçirir

“Qara beretlilər” sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Kiratsda polis “Üzük” əməliyyatı keçirir.

AzerTimes xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasından olan deputat Qarnik Danielyan məlumat paylaşıb.

O iddia edib ki, polis kəndin girişlərini bağlayıb. Çoxlu sayda polis kəndə axışıb:

“Minatəmizləmə əməliyyatlarına mane olan kənd kişiləri vəhşicəsinə saxlanılıb. Həbs olunanlar arasında azyaşlılar da var. Hazırda mən İcevan polis şöbəsindəyəm, orada iyirmidən çox vətəndaş saxlanılır”.

Qeyd edək ki, erməni mediası Ermənistan hakimiyyətinin əraziyə mindən çox polis və “qara beretli” cəlb etdiyini, səhər saatlarında kənd sakinlərindən 31 nəfərin saxlanıldığını yazıb. Daha sonra isə saxlanılanların hamısı sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Müdafiə Nazirliyi tərəfindən yolların bağlandığı Kirants-Xeyrimli ərazisində minalardan təmizləmə əməliyyatları aparılır. Jurnalistləri də kəndə buraxmırlar.

Teqlər: