Qanunvericiliyə “kritik informasiya infrastrukturu” anlayışı əlavə edilir

Azərbaycan qanunvericiliyinə “kritik informasiya infrastrukturu”
anlayışı əlavə edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında birinci oxnuşda müzakirəyə çıxarılan
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” qanunadəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, qanuna yeni fəsil əlavə edilir. Layihədə
kritik informasiya infrastrukturu, onun obyekti və subyekti, digər
anlayışlar, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin
təmin edilməsi sahəsində səlahiyyətli orqan, habelə kritik
informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi
qaydasının hüquqi əsasları müəyyən olunur.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

Teqlər: