Qanunsuz qum daşıyan şəxs cəzalandırılıb

Xəbər - Çingiz Səfərli – Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində keçirilən nəzarət tədbirləri zamanı “ZİL” markalı 19-BD-616 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, faktla bağlı qanun pozucusu Fəxrəddin Kazımov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Twitter: @cingizsafarli

Teqlər: