Münaqişə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Orada atəşkəsin pozulması halları olur. Amma təbii ki, bütün bu
hallar sülhün möhkəmlənməsinə xidmət etmir və düşünürəm ki, bunlar
aradan qaldırılmalıdır.
AzerTimes-ın
məlumatına görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini
Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, sülhməramlılar da öz vəzifələrini,
öhdəliklərini tam başa düşürlər.
“Azərbaycan ərazilərində olan qanunsuz erməni hərbi birləşmələri
birmənalı olaraq çıxarılmalıdır və bu istiqamətdə proses gedəcək.
Həmçinin, sülhə mane olan bütün hallar aradan qaldırılmalıdır.
Atəşkəsin pozulmasına da son qoyulmalıdır”, – deyə X.Xələfov qeyd
edib.