Qanunsuz ağac kəsilməsi ilə bağlı sənədlər Baş Prokurorluğa göndərilib

Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş
Prokurorluğa göndərilib

Sabirabad rayonu, Qaragüney kəndində ağacların kəsilməsi ilə
bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət
araşdırılıb və fakt təsdiqini tapıb.

Trend xəbəbr verir ki, bunu Xidmət rəsmisi Bəhruz Məhəmmədov
bildirib.

O qeyd edib ki, araşdırma zamanı ağacların kəsildiyi ərazinin
vətəndaş Həmid Kərimova məxsus olduğu və təbiətə 22740 manat
məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından
toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Teqlər: