Qanuni oğru snayperlə öldürüldü

Qanuni oğru snayperlə öldürüldü

Rusiyada kriminal mühitdə daha çox “Dinrid” kimi tanınan 50 yaşlı qanuni oğru Temur Axuba snayper tüfəngindən açılan üç atəşlə öldürülüb.

AzerTimes xəbər verir ki, məlumatı Rusiya mediası yayıb.

Hadisə Abxaziya Muxtar Respublikasının Qudauta kəndində baş verib. Məlumata görə, iki güllə onun baş nahiyəsinə, biri isə mədə nahiyəsinə dəyib.

Dinridin kim və ya kimlər tərəfindən öldürüldüyü məlum deyil. Araşdırma aparılır.

Teqlər: