“Qanlıgöl”ü zibilləyən şirkət rəsmisi cəzalandırıldı

Bakıda “Qanlıgöl” adlanan ərazini zibilləyən şirkət rəsmisi
cəzalanıdırlıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
aprelin 27-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik
İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının
birgə keçirdikləri tədbirlər zamanı Yasamal rayonunun “Qanlıgöl”
adlanan ərazisində “ZİL” markalı yük avtomobili ilə qarşışıq
tullantıların boşaldılması və qalaqlanması aşkar edilib.

Qaradağ rayonu ərazisində keçirilə tədbir zamanı isə sənaye və
məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf
mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət
tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin
mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini
pozduqlarına görə “ZİL” markalı avtomobilin sürücüsü Bəhram
Sərdarov və “Qədim” kiçik müəssisəsinin vəzifəli şəxsi Nizami
Sahibcanov barəsində inzibati protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər: