İngilis həkimləri diabet xəstələrinə qanda şəkərin səviyyəsini azaltmağa kömək edən məhsulu açıqlayıblar.
Trend xəbər verir ki, son tədqiqatların nəticəsinə görə, sarımsağın tərkibindəki ajoen maddəsi qanda şəkərinin səviyyəsini 25% azaltmağa kömək edir. Belə ki, gündə iki-üç diş sarımsaq yemək “pis” xolesterin adlandırılan (aşağı sıxlıqlı lipoproteinlər) xolesterini aşağı sala bilər və infarkt və ya insult riskini 25% azalda bilər.
Bildirilir ki, sarımsaq yağı orqanizmə qlükozanı mənimsəməyə kömək edir və böyrəklər vasitəsiylə zülal itkini azaldır.