Qanada qayığın batması nəticəsində azı 7 nəfər həlak olub

Qananın şərqindəki Volta gölündə qayığın batması nəticəsində azı
7 nəfər həlak olub.

Trend “Sinxua”
agentliyinə istinadən xəbər verir ki, bu barədə polis cümə günü
axşam saatlarında məlumat yayıb.

Qana Polis Xidmətinin Şərq Regional Komandanlığının sözçüsü
Ebenezer Tetteh bildirib ki, 20 sərnişini olan qayıq güclü
fırtınaya düşərək batıb.

“Yeddi nəfər suda boğulub, bir nəfər itkin düşüb, qalanları isə
xilas edilib”, – Tetteh bildirib.

O əlavə edib ki, ölənlərin cəsədləri çıxarılaraq təyinatı üzrə
təhvil verilib və qəzanın səbəblərinin aydınlaşdırılması üçün
araşdırmalar aparılacaq.

Teqlər: