![Qalmaqallı müavinin yerinə təyinat Qalmaqallı müavinin yerinə təyinat](https://azertimes.az/wp-content/uploads/qalmaqalli-muavinin-yerine-teyinat-300x176.jpg)
![](https://azertimes.az/wp-content/uploads/qalmaqalli-muavinin-yerine-teyinat.jpg)
Lənkəran Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, bununla bağlı rayonun icra başçısı Taleh Qaraşov sərəncam imzalayıb.
Sərəncama əsasən, Ülviyyə Əliyeva icra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Ü.Əliyeva buna qədər Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb. O, hazırkı vəzifəsində ötən il cinayət məsuliyyətinə cəlb edilərək vəzifəsindən azad olunan Rasilə Arifqızını əvəz edib.