Qalıqların eyniləşdirilməsi vaxt tələb edir – Səmədov

Qalıqların eyniləşdirilməsi vaxt tələb edir – Səmədov

Qalıqların eyniləşdirilməsi vaxt tələb edən məsələdir.

AzerTimes xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.

“Bu proses uzun çəkə bilər. Amma təcrübəli ekspertlər prosesə cəlb olunub. Vətəndaşlarımız çoxsaylı müraciətləri əsasında biz təhlillər aparırıq”, – Səmədov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, eyniləşdirilmə prosesi davamlıdır:

“İtkin düşmüş şəxslərin 80 faizinin ailəsindən DNT nümunələri toplanıb. Bu, eyniləşdirmə üçün vacibdir”.

Teqlər: