“Qalatasaray”ın stadionunda kran aşıb, xəsarət alanlar var (FOTO)

Xəbər - Orxan Nəbiyev – Trend:

İstanbulda “Qalatasaray” futbol klubunun stadionunun ərazisində qaldırıcı kran aşıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Qeyd olunur ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.