“Qalatasaray”dan əzmkar qələbə

“Qalatasaray”dan əzmkar qələbə

Futbol üzrə Türkiyə Super Liqasında VII turun oyunları davam edir.

AzerTimes xəbər verir ki, günün son matçında “Qalatasaray” doğma meydanda “Ankaragücü” qəbul edib və əzmkar qələbə qazanıb – 2:1.

Matçda ilk qolu 49-cu dəqiqədə qonaqların heyətində Renaldo Gepas vurub. 56-cı dəqiqədə Vilfrid Zaha hesabı bərabərləşdirib. 70-ci dəqiqədə isə Hayrullah Bilazer avtoqol müəllifi olub.

Bu qələbə ilə xallarını 19-a çatdıran “Qalatasaray” liderliyə yüksəlib. Altı xalı olan “Ankaragücü” isə 15-cidir.

Teqlər: