Türkiyənin tanınmış futbol klublarından olan “Qalatasaray”da
aprelin 30-da keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ləğv
edilib.
AzerTimes xəbər verir ki,
TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin
Ali Məhkəməsi qərar verib.
Məhkəmənin qərarına əsasən, “Qalatasaray” klubunun hazırkı
prezidenti Burak Elmas seçkilərin baş tutması üçün istefa
verməlidir.
Əgər istefa qərarı verilərsə, seçkilərin iyunda keçirilməsi
gözlənilir.
Qeyd edək ki, “Qalatasaray” klubunun üzvü Fırat Develioğlu klub
daxilində edilən qanun pozuntuları səbəbi ilə məhkəməyə müraciət
edib.