ABŞ Azərbaycanın çoxillik dostu kimi regionda sülhün bərqərar olmasında iştirak etməyə hazırdır – Səfir

ABŞ Azərbaycanın çoxillik dostu kimi hər zaman regionda sülhün
bərqərar olması prosesində iştirak etməyə hazırdır.

Trend-in
məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger
səfirlikdə keçirilən “Açıq qapı” günündə deyib.

“30 il ərzində biz Azərbaycan hökuməti və xalqı ilə qanunun
aliliyi, insan hüquqları, iqtisadiyyat, energetika və təhlükəsizlik
məsələləri üzrə işləmişik”, – səfir deyib.

Onun sözlərinə görə, ABŞ Azərbaycanın çoxillik dostu kimi hər
zaman regionun çiçəklənməsi naminə sülhün bərqərar olması, iqtisadi
və nəqliyyat əlaqələrinin qurulması prosesində iştirak etməyə
hazırdır.

Səfir, həmçinin, tədbir iştirakçılarını salamlayaraq onlara
ABŞ-da təklif olunan müxtəlif tələbə təqaüd proqramları ilə tanış
olmağı təklif edib.

“Ümid edirik ki, gələcəkdə siz ABŞ-da təhsil alacaq və ya ABŞ-a
səfər edəcəksiniz. Əminəm ki, Azərbaycanın gələcəyində vacib rol
oynayacaqsınız”, – deyə E.Litsenberger bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: