Futbol üzrə Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.
AzerTimes xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub.
“İstanbulspor” “Samsunspor”la, “Kayserispor” “Antalyaspor”la 1:1 hesablı bərabərliyə razılaşıb. “Qalatasaray” öz meydanında “Qaziantep”i çətinliklə məğlub edib – 2:1. “Trabzonspor” isə evdə “Kasımpaşa”ya 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, turnir cədvəlinə 60 xalla “Fənərbağça” başçılıq edir. Eyni xala malik “Qalatasaray” ikincidir.Bir oyun Üçüncü pillədəki “Trabzonspor”un 37, dördüncü sıradakı “Beşiktaş”ın isə 36 xalı var.