Paşinyan hakimiyyətə gələndə Petrosyan dedi ki… – Zurabyan

Paşinyan hakimiyyətə gələndə Petrosyan dedi ki… – Zurabyan

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan istefa verəndə millətimiz sevinirdi. Biz də yığışıb konyak içərək bunu qeyd edirdik.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini, erməni siyasətçi Levon Zurabyan deyib.

O, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın Nikol Paşinyanın hakimiyyətə gələcəyinə fərqli reaksiya verdiyini bildirib:

“Ter-Petrosyanın yanına getdik, lakin o, kədərli və qaş-qabaqlı şəkildə oturmuşdu. Niyə belə olduğunu soruşanda verdiyi cavab bizi təəccübləndirdi. O, “bu gün hakimiyyətə həm Qarabağı, həm də Ermənistanı məhv edəcək biri gəldi” dedi. Keçmiş prezident bu fikirləri hələ baş verənlərdən illər öncə, Nikol Paşinyanla bağlı bir çox məqamlar aydın olmayanda demişdi”, – L.Zurabyan iddia edib.

Hələ ki Ter-Petrosyan sözügedən iddiaya reaksiya verməyib.

Teqlər: