Xəbər - Fərid Zöhrabov – Trend:
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Trend xəbər verir ki,
bu raundda qrup mərhələsinin 8 qalibi və pley-offu adlayan
komandalar üz-üzə gələcək.
“Qalatasaray”ın rəqibi bu turnirin əsas favoritlərindən sayılan
“Barselona” olub. “Sarı-qırmızılar” ilk matçı səfərdə, qrup qalibi
olduğu üçün cavab matçını İstanbulda keçirəcək.
Avropa Liqası
1/8 final
“Reyncers” (Şotlandiya) – “Srvena Zvezda” (Serbiya)
“Braqa” (Portuqaliya) – “Monako” (Fransa)
“Portu” (Portuqaliya) – “Lion” (Fransa)
“Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)
“Sevilya” (İspaniya) – “Vest Hem” (İngiltərə)
“Barselona” (İspaniya) – “Qalatasaray” (Türkiyə)
“Leypsiq” (Almaniya) – “Spartak” (Rusiya)
“Betis” (İspaniya) – “Ayntraxt” (Almaniya)
Qeyd edək ki, ilk oyunlar 9-10 mart tarixlərində, cavab
görüşləri martın 17-də baş tutacaq.