“Qalatasaray” Bakıda – Foto

“Qalatasaray” Bakıda – Foto

Xeyriyyə oyununda “Qarabağ”ın qonağı olacaq Türkiyə “Qalatasaray”ı Bakıya gəlib.

AzerTimes Report-a istinadən xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə təqribən 1 saat əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanı hava limanında çoxsaylı azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq. Görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Teqlər: