Qalanın damı şiferlə örtüldü: Nazirlikdən reaksiya – Foto

Qalanın damı şiferlə örtüldü: Nazirlikdən reaksiya – Foto

Sosial mediada Lənkərandakı Dairəvi qalanın damının şiferlə örtülməsinin fotoları yayılıb.

AzerTimes xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb:

“Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”.

Teqlər: