Qalan məhdudiyyətlərin ləğvi epidemioloji vəziyyətdən asılıdır – Nazir

Şamaxı. Trend:

Mayın 1-dən ölkədə qapalı məkanlarda tibbi maskalardan istifadə
tələbi ləğv edilsə də, pandemiya davam etdiyindən əhali ayıq-sayıq
olmalıdır.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında
səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, əhalinin sıx toplaşdığı yerlərdə, qapalı
məkanlarda maskadan istifadə tövsiyə olunandır.

“Digər qalan məhdudiyyətlərə gəlincə, bu məsələ cari
epidemioloji vəziyyətdən asılıdır. Çünki məhdudiyyətlərin hamısının
birdən götürülməsi koronavirus infeksiyasına yoluxma saylarının
kəskin şəkildə artmasına səbəb olur. Əsas rəqəmlər xəstəxanaya
yerləşdirilən şəxslərin sayıdır. Xəstəxanaya yatış və ölüm sayları
diqqət edilən məqamlardandır. Ölkədə həyata keçirilən uğurlu
vaksinasiya kampaniyası və tədbiq edilən əks-epidemioloji addımlar
nəticəsində vəziyyət demək olar ki, stabildir. Rəqəmlər də get-gedə
azalmaqdadır. Bu da ümidverici faktdır. Bütün hallarda ayıq-sayıq
olmağı heç nə inkar etmir”, – nazir bildirib.

Teqlər: