Ölkələrimizin Silahlı Qüvvələri arasında əməkdaşlıq davam edir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, birgə təlimlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin qorunması üçün vacibdir:
“Xalqlarımız arasında yaxınlığın hərbi əməkdaşlığın bu səviyyəyə çatmasında müstəsna rolu var. Xalqlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.
Z.Həsənov xatırladıb ki, Azərbaycan və Gürcüstanın müstəqilliyinin ilk illərindən Türkiyə ilə başlayan əməkdaşlığı son illər sürətlə inkişaf edib.