Qafarova Çavuşoğlu və Əminə Ərdoğanla görüşdü

Qafarova Çavuşoğlu və Əminə Ərdoğanla görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin birinci xanımı Tvitter hesabında bildirib.

Qeyd olunub ki, BMT-də təşkil olunan 30 Mart – Dünya Sıfır Tullantı Gününə özəl iclasına qatılmaq məqsədilə Nyu Yorkda işgüzar səfərdə olan S.Qafarova Türkevini ziyarət edib.

Teqlər: