DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının
keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan
Respublikası vətəndaşı olan qadınların etibarından sui-istifadə
edərək, Türkiyə Respublikasında yüksək gəlirli işlə təmin edəcəyi
vədi ilə aldadaraq Antalya şəhərinə aparıb orada cinsi istismara
məruz qoymaqda şübhəli bilinən Qənimə Ədilova tutulub.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, faktla
bağlı başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq
materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.
Məhkəmənin hökmünə əsasən Q.Ədilova Cinayət Məcəlləsinin
144-1-ci maddəsi ilə (İnsan alveri) təqsirli bilinərək 8 il
müddətinə azadlıqdan məhrum edilib.