Bərdədə yük avtomobilləri yanacaq doldurma məntəqəsinə çırpılıb, xəsarət alanlar var (FOTO)

Bərdə. Trend:

Bərdədə “Kamaz” və “HOWO” markalı yük maşınları yanacaq doldurma
məntəqəsinə çırpılıb.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, hadisə Bərdə-Yevlax
magistiral yolunun Bərdə ərazisindən keçən hissəsində baş
verib.

Vahid Təhməz oğlu Cəfərov idarə etdiyi KAMAZ markalı yük maşını
və İran İslam Respublikasının vətəndaşı Heydərqulu Məhəmmədəhəd
Mehdiqulu oğlunun idarə etdiyi “HOWO” markalı yük maşınları
yanacaqdoldurma məntəqəsinə çırpılıb.

Yanacaq doldurma məntəqəsinə ciddi ziyan dəyib. Dərhal hadisə
yerinə FHN-in əməkdaşları cəlb olunub. Hər iki sürücü Bərdə
Diaqnostika Mərkəzinə yerləşdirilib.

Azərbaycanlı sürücü ilkin tibbi yardımdan sonra evə buraxılsa
da, iranlı sürücünün müayinəsi davam etdirilir.

Faktla bağlı araşdırma başlanıb, hadisənin başvermə səbəbi
öyrənilir.

Teqlər: