Qadın həbsxanasında yanğın: 41 məhkum öldü

Qadın həbsxanasında yanğın: 41 məhkum öldü

Hondurasın Fransisko Morazan departamentinin Tamara ərazisində yerləşən “Cefas” Qadın Sosial Adaptasiya Mərkəzində baş verən qarşıdurma zamanı 41 məhbus ölüb.

AzerTimes xarici mediaya istinadən xəbər verir ki, iğtişaş məhkumlardan birinin atəş açmasından sonra baş verib.

Qarşıdurma zamanı həbsxanada yanğın baş verib. İddiaya görə, məhkumlardan bir çoxu yanaraq ölüb.

Səlahiyyətli orqanlar ölənlərin kimliyini araşdırmağa başlayıb.

Qeyd edilir ki, 2012-ci ildən bəri Hondurasda həbsxanada baş verən yanğınlarda 350-dən çox insan həlak olub.

Teqlər: