Putinlə Ərdoğan arasında telefon danışığı olacaq

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında çıxışı zamanı deyib.

O bildirib ki, liderlərin danışığı zamanı Ukrayna ilə bağlı vəziyyət müzakirə olunacaq.

“Bir müddət əvvəl prezident Ərdoğan Moskva ilə Kiyev arasında vasitəçi olmağa hazır olduğunu bildirmişdi. Kreml bu açıqlama ilə bağlı bildirib ki, Rusiya bu məsələdə münaqişə tərəfi deyil. Liderlərimizin telefon danışıqları planlaşdırılır. Fikrimcə, bu məsələlər danışıq zamanı müzakirə olunacaq”, – deyə S.Lavrov bildirib.