Putinlə birbaşa canlı bağlantı elektron hücumlara məruz qalıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya prezidenti Vladimir Putinin canlı yayımda sualları cavablandırdığı verilişin rəqəmsal sistemlərinə DDoS hücumlar həyata keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu verilişin aparıcılarından biri Yekaterina Berezovskaya deyib.

Aparıcının sözlərinə görə, qonaqlardan biri ilə əlaqə bu hücumlarla əlaqədar yaxşı alınmayıb:

“Məsələ ondadır ki, bu saniyə bizim rəqəmsal texnologiyalarımıza DDoS hücumlar baş verir”.