Putinin yalan dediyini dünya bir daha gördü – Zelenski

Putinin yalan dediyini dünya bir daha gördü – Zelenski

Yalnız rus işğalçıların Ukrayna torpaqlarından qovulması sülhün bərpası demək olacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Dünya Moskvadan gələn istənilən səviyyəli sözün nə qədər yalan olduğunu bir daha görə bildi. Onlar guya atəşkəs barədə nəsə dedilər. Amma reallıq budur ki, Rusiya mərmiləri Baxmut və Ukraynanın digər mövqelərini yenidən vurdu”, – Zelenski bildirib.

Xatırladaq ki, Rusiya lideri Vladimir Putin 6-7 yanvar tarixlərində Ukraynada təmas xətti boyunca atəşkəsin elan olunması ilə bağlı müdafiə naziri Sergey Şoyquya təlimat vermişdi.

Teqlər: