Putinin “uçan villası”: içində nələr var?

Putinin “uçan villası”: içində nələr var?

Rusiya Prezidenti Vladimir Putinin dəbdəbəli İl-96-300PU təyyarəsinin içərisində dövlət başçısı üçün kabinet, konfrans otaqları, klinika, yeməkxanalar, barlar və hətta idman zalı var. Burada həmçinin müasir rabitə sistemləri, nüvə qüvvələrinə və özünümüdafiə vasitələrinə nəzarət etmək imkanı mövcuddur.

AzerTimes xəbər verir ki, bu barədə Amerikanın “Slash Gear” nəşri yazıb.

“Təyyarənin dəbdəbəli salonu və şəraiti var. Gəmi ən son rabitə sistemləri ilə təchiz edilib və bu, Rusiya prezidentinin hakimiyyətin bütün qolları və silahlı qüvvələrlə əlaqə saxlaması üçündür.

Təyyarənin içərisində prezidentin şəxsi kabineti, böyük iki nəfərlik lüks çarpayı, təhlükəsiz konfrans və iclas otaqları, klinika, yeməkxanalar, istirahət otaqları, barlar və hətta idman zalı var.

Təyyarənin bütün sahələri qızılı elementlərlə krem ​​tonlarında bəzədilib, eyni zamanda rus mədəniyyətini əks etdirir. Təyyarə həm də komanda məntəqəsi kimi də fəaliyyət göstərə bilər ki, bu da prezidentə ölkənin nüvə qüvvələrini tez bir zamanda yüksək hazırlıq vəziyyətinə salmağa imkan verir”, – məqalədə bildirilib.

Teqlər: