Putinin Türkiyəyə səfəri bu tarixə kimi baş tuta bilər

Putinin Türkiyəyə səfəri bu tarixə kimi baş tuta bilər

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ bəlli deyil, ancaq səfərin Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı mümkündür.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.

Putinin Türkiyəyə səfərinə hazırlaşdıqlarını bildirən Kreml sözçüsü səfərin yaxın gələcəkdə baş tutacağını istisna etməyib:

“Biz istisna etmirik ki, səfər Rusiyadakı prezident seçkisi öncəsi baş tuta bilər”.

Qeyd edək ki, daha öncə səfərin fevralın 12-də baş tuta biləcəyi xəbərləri yayılmış, daha sonra bunun təxirə salındığı bildirilmişdi.

Teqlər: