Putinin təklifi: Ankara ilə danışıqlar başlayır

Putinin təklifi: Ankara ilə danışıqlar başlayır

Türkiyə və Rusiya nümayəndə heyətləri arasında Putinin təklif etdiyi qaz qovşağının yaradılması üzrə danışıqlar gələn həftə başlayacaq. Məkan yaxın günlərdə müəyyənləşəcək.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“İki ölkənin rəhbərləri müvafiq idarələrə müzakirələrə başlamaq və bu ideyanın imkanlarını çox tez öyrənməyi tapşırıblar. Artıq gələn həftə biz danışıqlara başlayacağıq. Danışıqların yekunlarına əsasən prosesə şəxsən nəzarət edən iki ölkənin liderlərinə ətraflı hesabat təqdim olunacaq. Bu baxımdan liderlərin telefon diplomatiyasının davamı gözlənilir”, – mənbə bildirib.

Teqlər: